Tələbələrimiz 10 iyun tarixində Bakı konqres mərkəzində baş tutmuş meditasiya və rifah mövzusuna həsr olunmuş xüsusi axşam tədbirində iştirak edərək şəxsi inkişaf və daxili harmoniyaya dair dəyərli təcrübələr qazandılar.
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə tələbələrimiz də fəal iştirak etdilər.
Tədbir çərçivəsində Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki rolu, xalqımızın birlik və həmrəyliyinin əhəmiyyəti, eləcə də müstəqilliyimizin qorunması istiqamətində atılan mühüm addımlar haqqında geniş məlumat verildi.
Tələbələrimiz tarixi keçmişimizi daha yaxından öyrənmək, milli-mənəvi dəyərlərimizi dərindən mənimsəmək və vətənpərvərlik ruhunu daha da gücləndirmək imkanı əldə etdilər. Bu cür tədbirlər gənclərin milli şüurunun formalaşmasına və tarixi irsimizin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Bizimlə əlaqə
Yasamal tədris binası:
Bakı şəhəri, İnşaatçılar pr.45
Telefon: +99412 539 11 71
Email: [email protected]
İş saatları: 09:00 - 18:00
Sabunçu tədris binası:
Bakı şəhəri, Yusif Qasımov küç., 41
Telefon: (+994 12) 550-81-83
Email: [email protected]
İş saatları: 09:00 - 18:00