11.06.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Türkoloji Qurultayın 100 illiyi münasibəti ilə “Azərbaycan dili və ədəbiyyat” FBK-nın sədri f.ü.f.d. Vəfa Yunusova və Tədris şöbəsinin tyutoru Aidə Səttarovanın təşkilatçılığı ilə dəyirmi masa keçirildi.
Dəyirmi masada İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitenin Bakı Filialının “Humanitar və İctimai Elmlər” şöbəsinin müdiri f.ü.f.d. Dürdanə Rəhimzadə , Bakı Dövlət Universitetinin müəllimi f.ü.f.d. Pərvin Eyvazov qonaq qismində iştirak etdilər. İlk öncə Türkoloji Qurultayın 100 illiyi münasibətilə Tədris şöbəsinin mütəxəssisi Ülviyyə Abdunova hazırladığı “Dünəndən bu günə” adlı təqdimatla çıxış etdi. Daha sonra qonaqlardan f.ü.f.d. Pərvin Eyvazov Türkoloji Qurultayın keçirilməsinin tarixi əhəmiyyəti haqqında f.ü.f.d. Dürdanə Rəhimzadə bu günkü zaman axarında dilin mövqeyi, Azərbaycan dilinin bugünkü vəziyyəti haqqında çıxış etdilər.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparıldı.