26 may 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 2025/2026-cı tədris ili üzrə Pedaqoji Şuranın növbəti iclası keçirilmişdir.
İclas kollecin direktoru Amalya Sezginin giriş sözü ilə açılmışdır. Direktor Pedaqoji Şura üzvlərini salamlayaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırmışdır.
Gündəlikdə yer alan məsələlərlə bağlı Tədris şöbəsinin müdiri Xanımqız Rüstəmova çıxış edərək 2025/2026-cı tədris ilinin yaz imtahan sessiyasına hazırlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. Çıxış zamanı imtahan qaydaları, imtahanların keçirilmə formaları, imtahan cədvəlləri, imtahan biletləri və testləri, BSQ testləri, həmçinin qiymət vərəqləri ilə bağlı hazırlıq prosesi diqqətə çatdırılmışdır. Eyni zamanda, 2026/2027-ci tədris ilində yeni ixtisaslar üzrə tədris planlarının təsdiq edilməsi məsələsi barədə də məlumat verilmişdir.
İclasın sonunda gündəlikdə yer alan cari məsələlər ətrafında müzakirələr aparılmış, iştirakçılar arasında geniş fikir mübadiləsi olmuşdur.