ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti – 108 İllik Qürur” mövzusunda Humanitar FBK-nın sədri Aidə Musayevanın təşkilatçılığı və fənn müəllimİ Nadiri Hümeyrənin moderatorluğu ilə tədbir keçirilib.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixindən azadlıq və müstəqillik yolunda atılmış ənböyük addımlardan biri olmuşdur.Bugün biz Cümhuriyyətin 108-cı ildönümünü qeyd edərək,onun ideallarını–azadlıq, demokratiya və milli birliyi–qururla yad edirik.AXC-nin qısa,lakin şərəfli ömrü müasir Azərbaycanın dövlətçilik ənənələrinin əsasını qoymaqla yanaşı, gələcək nəsillərə azad və müstəqil yaşamaq iradəsini miras qoymuşdur.
Bu tədbirin keçirilməsi, Cümhuriyyət qurucularının fədakarlığını anmaq, onların ideyalarını yaşatmaq və gənc nəsillərə milli müstəqilliyin dəyərini çatdırmaq məqsədi daşıyırdı.
Tədbirdə, Nadiri Hümeyrə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş məruzə ilə çıxış etmiş,Cümhuriyyət tarixinə həsr olunmuş video-çarxlar nümayiş etdirilmişdir.Sonda tələbələrin ifasında şeir-kompozisiya səsləndirilmişdir.