ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar FBK-nın və ixtisas müəllimlərinin təşkilatçılığı ilə 3 aprel 2026-cı il tarixində “Aprel döyüşləri və onların tarixi əhəmiyyəti” mövzusunda dərslər təşkil olunub.
Dərs zamanı 2016-cı ilin Aprel döyüşlərinin gedişi, əldə olunan uğurlar və bu döyüşlərin Azərbaycanın hərbi-siyasi tarixindəki mühüm rolu haqqında məlumat verilib. Qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və vətənpərvərlik ruhunu nümayiş etdirərək, ərazi bütövlüyü uğrunda mübarizədə mühüm mərhələ olub.
Çıxışlarda bu döyüşlərin sonrakı qələbələr üçün əsas rol oynadığı və milli birliyin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb. Tələbələr məruzələrində qəhrəman hərbçilərdən, azad edilən strateji yüksəkliklərdən və bu hadisələrin gənc nəslin vətənpərvərlik ruhunda rolundan bəhs ediblər.
Sonda mövzu üzrə təqdimatlar dinlənilib, müzakirələr aparılıb, tarixi hadisələrin düzgün təbliği və şəhidlərin xatirəsinin uca tutulmasının vacibliyi qeyd olunub.