2-3 il
Müddəti
Azərbaycan
Bölmə
040313
İxtisasın kodu
Əyani
Tədris forması
Mədəni-kütləvi tədbirlərin təşkilatçılığı ixtisası, tədbirlərin ideyasından realizasiyasına qədər bütün mərhələlərini əhatə edən yaradıcılıq və təşkilatçılıq sahəsidir. Bu ixtisas üzrə təhsil alanlar konsert, festival, sərgi, konfrans və digər ictimai-mədəni tədbirlərin peşəkar səviyyədə planlaşdırılması, təşkili və idarə olunması bacarıqlarına yiyələnirlər. Yenilikçi yanaşma, estetik zövq və yüksək təşkilatçılıq qabiliyyəti tələb edən bu sahə, yaradıcı gənclər üçün geniş imkanlar açır. Cəmiyyətin mədəni həyatına yön verən bu ixtisasla sən də kütlələri ilhamlandıra bilərsən!
Nələri Öyrənəcəksiniz?
- İdarəetmə və Liderlik – Komandaları və layihələri idarə etmək üçün strateji düşüncə və liderlik bacarıqları formalaşdırır.
- Təşkilati bacarıqlar – Tədbirlərin effektiv planlaşdırılması və koordinasiyası üçün strukturlaşdırma qabiliyyətini gücləndirir.
- Ünsiyyət və əlaqə – Auditoriya ilə düzgün ünsiyyət və ictimaiyyətlə əlaqələrin qurulmasını təmin edir.
- Yaradıcı düşüncə – Tədbirlərin maraqlı və innovativ şəkildə təşkilini təşviq edir.
Karyera imkanları
- Mədəniyyət evlərində və mərkəzlərdə təşkilatçı
- Tədbir və festival meneceri
- Dövlət və özəl sektorda mədəni layihələr üzrə mütəxəssis
- QHT və agentliklərdə tədbir koordinatoru
- Yaradıcılıq və inkişaf mərkəzlərində təşkilatçı
Tədris prosesi
- I kurslar yanvar ayına kimi KSQ imtahanları və yanvar ayında BSQ imtahanı verirlər.Növbəti smestrdə də iyun ayına kimi KSQ, sonra sessiya imtahanı verirlər.
- II kurslarda yanvar ayına kimi kollokviumlar keçirilir.Yanvar ayında sessiya imtahanı olur.Növbəti smestrdə də eyni qaydada kollokviumlar keçirilir. İyun ayında sessiya imtahanı təşkil olunur.
- III kursda yanvar ayına qədər kollokviumlar keçirilir və yanvar ayında sessiya imtahanı təşkil olunur. Fevral ayında isə pedaqoji təcrübəyə gedirlər.
Keçid balı
- Ümumi orta təhsil bazası, ödənişli əsaslarla, əyani - 89,3 bal
- Ümumi orta təhsil bazası, dövlət sifarişli, əyani - 114,3 bal
- Tam orta təhsil bazası, ödənişli əsaslarla, əyani - 65 bal
- Tam orta təhsil bazası, dövlət sifarişli, əyani - 99.1 bal
1100 AZN
Təhsil haqqı
120
Kredit
66-100 AZN
Təqaüd
Kollecin təhsil haqqı, tələbələrə yüksək keyfiyyətli təhsil və müasir tədris resurslarına çıxış imkanı təqdim edir. Bu ödəniş, peşəkar inkişaf və uğurlu karyera üçün əvəzsiz bir investisiyadır.
Ödənişdən azadolma
Tələbə təhsil krediti
Sosial kredit üçün uyğun tələbələr:
- Ünvanlı sosial yardım alan ailələrin üzvləri
- 3-cü dərəcə əlilliyi olan şəxslər
- Qarabağ əlili
- Valideynləri əlil, pensiyaçı, işsiz və ya sosial müavinət alan şəxslər
Standart kredit üçün şərtlər:
- Qəbul balı minimal həddən yüksək olmalı
- Qəbul balı minimal həddən yüksək olmalı
- Qarabağ əlili
- Təhsil haqqının ən azı 20%-i ödənilməlidir
Başqa sualın var?
Əlaqə telefonu: +994(12)5372173
Bu ixtisasa doğru ilk addımı atmaq istəyirsənsə, qəbul ballarına nəzər sal! Seçim imkanı səndədir – indi qərar ver, gələcəyini formalaşdır! Bu fürsəti əldən vermə!
Qəbul prosesində nəzərə alınmalı məlumatlar:
Qəbul mərhələləri
- Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahan nəticələrinə əsasən tələbə qəbulu aparılır.
- Namizədlər ixtisas seçimini Dövlət İmtahan Mərkəzinin (DİM) elektron sistemi vasitəsilə həyata keçirirlər.
- Seçimlər əsasında yerləşdirilən abituriyentlər sənədlərini elektron formada DİM-ə təqdim edirlər və qeydiyyat prosesini tamamlayırlar.
Qəbul şərtləri
Tələbə qəbulu prosesində iştirak etmək hüququ qazanan abituriyentlər:
- Ümumi balı 50-dən az olmayan;
- Azərbaycan dili (rus dili) üzrə 20 və riyaziyyat üzrə 10-dan az olmayan bal toplayanlar (Xarici dil fənnindən bal məhdudiyyəti yoxdur).