2-3 il

Müddəti

Azərbaycan

Bölmə

040102

İxtisasın kodu

Əyani

Tədris forması

Fiziki tərbiyə müəllimliyi ixtisası tələbələrə insan bədəninin fiziki hazırlığını və aktivliyini öyrənib, araşdırmağa kömək edir. Bu da fəaliyyət sahəsində insan bədənin ümumi rifahını yaxşılaşdırmağa təminat verir. Azərbaycan regionun aparıcı idman ölkəsi olaraq tanınır. Beynəlxalq rəqabətdə də üstünlüyü əldə etmək üçün səriştəli, peşəkar kadr hazırlığına təlabat var.

Nələri Öyrənəcəksiniz?

  • İdman bacarıqları;
  • Müxtəlif atletik maraq dairələrinə və fiziki bacarıqara malik şagirdlərə ixtisası tədris edə bilmək;
  • Qarışıq idman texnikalarını bəsit dillə izah edə bilmək;
  • Komanda idarəsi və motivasiyasını təmin edə bilmək.

Karyera imkanları

  • Orta təhsil müəssisələrində;
  • Dövlət təhlükəsizlik orqanlarında;
  • İdman mərkəzlərində;
  • İdman cəmiyyətlərində;
  • İdman klublarında və s.

Tədris prosesi

  • Ümumi orta təhsil bazasında qəbul olan tələbələr 1-ci kurslar yanvar ayına kimi KSQ imtahanları və yanvar ayında BSQ imtahanı verirlər.Növbəti smestrdə də iyun ayına kimi KSQ, sonra sessiya imtahanı verirlər.
  • 2-ci kurslarda yanvar ayına kimi kollokviumlar keçirilir.Yanvar ayında sessiya imtahanı olur.Növbəti smestrdə də eyni qaydada kollokviumlar keçirilir. İyun ayında sessiya imtahanı təşkil olunur.
  • 3-cü kursda yanvar ayına qədər kollokviumlar keçirilir və yanvar ayında sessiya imtahanı təşkil olunur. Təcrübə prosesi yaz semestri başlayan tarixdən həyata keçirilir.

Keçid balı

  • Ümumi orta təhsil bazası, ödənişli əsaslarla, əyani – 89,4 bal
  • Ümumi orta təhsil bazası, dövlət sifarişli, əyani - 109 bal
  • Tam orta təhsil bazası, ödənişli əsaslarla, əyani – 90,5 bal
  • Tam orta təhsil bazası, dövlət sifarişli, əyani – 100,5 bal

1000 AZN

Təhsil haqqı

120

Kredit

66-100 AZN

Təqaüd

Kollecin təhsil haqqı, tələbələrə yüksək keyfiyyətli təhsil və müasir tədris resurslarına çıxış imkanı təqdim edir. Bu ödəniş, peşəkar inkişaf və uğurlu karyera üçün əvəzsiz bir investisiyadır.

Ödənişdən azadolma

Təhsil haqqından/Ödənişdən azad olanlar:

  • Məcburi köçkünlər
  • Valideyin himayəsindən məhrum olunmuş tələbələr
  • Qarabağ əlili
  • Sağlamlıq imkanları məhdud tələbələr

Tələbə təhsil krediti

Sosial kredit üçün uyğun tələbələr:

  • Ünvanlı sosial yardım alan ailələrin üzvləri
  • 3-cü dərəcə əlilliyi olan şəxslər
  • Qarabağ əlili
  • Valideynləri əlil, pensiyaçı, işsiz və ya sosial müavinət alan şəxslər

Standart kredit üçün şərtlər:

  • Qəbul balı minimal həddən yüksək olmalı
  • Qəbul balı minimal həddən yüksək olmalı
  • Qarabağ əlili
  • Təhsil haqqının ən azı 20%-i ödənilməlidir

Başqa sualın var?

Əlaqə telefonu: +994(12)5372173

Bu ixtisasa doğru ilk addımı atmaq istəyirsənsə, qəbul ballarına nəzər sal! Seçim imkanı səndədir – indi qərar ver, gələcəyini formalaşdır! Bu fürsəti əldən vermə!

Qəbul prosesində nəzərə alınmalı məlumatlar:

Qəbul mərhələləri

  • Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahan nəticələrinə əsasən tələbə qəbulu aparılır.
  • Namizədlər ixtisas seçimini Dövlət İmtahan Mərkəzinin (DİM) elektron sistemi vasitəsilə həyata keçirirlər.
  • Seçimlər əsasında yerləşdirilən abituriyentlər sənədlərini elektron formada DİM-ə təqdim edirlər və qeydiyyat prosesini tamamlayırlar.

Qəbul şərtləri

Tələbə qəbulu prosesində iştirak etmək hüququ qazanan abituriyentlər:

  • Ümumi balı 50-dən az olmayan;
  • Azərbaycan dili (rus dili) üzrə 20 və riyaziyyat üzrə 10-dan az olmayan bal toplayanlar (Xarici dil fənnindən bal məhdudiyyəti yoxdur).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə buraxılan abituriyentlər:

  • Ümumi balı 40-dan az olmayan (ənlər üzrə bal məhdudiyyəti yoxdur);
  • Qabiliyyət imtahanlarından müvəffəqiyyətlə keçən.
Normativlər:

1000m qaçış oğlanlar 4.05 -10 bal

100m qaçış 13.01 -10 bal

Turnik 15 dəfə -10 bal

Yerindən uzunluğa tullanma 2.40m -10 bal