2-3 il

Müddəti

Azərbaycan/Rus

Bölmə

040306

İxtisasın kodu

Əyani

Tədris forması

Bu ixtisas tələbələrə geyim və aksessuar dizaynı sahəsində həm nəzəri, həm də praktik biliklər qazandırır. Təhsil müddətində iştirakçılar moda tarixini, parça və material seçimini, rəng nəzəriyyəsini və vizual kompozisiyanı öyrənir, həmçinin trendlərin təhlili və dizayn konsepsiyalarının hazırlanması üzrə bacarıqlarını inkişaf etdirirlər. Praktiki məşğələlər vasitəsilə tələbələr yaradıcılıq ideyalarını realizə etməyi və peşəkar səviyyədə kolleksiyalar yaratmağı öyrənirlər. Bu ixtisas sənətkarlıq və texnologiyanın harmoniyasını tələb edən prestijli sahədir

Nələri Öyrənəcəksiniz?

  • Moda tarixini və dövrlər üzrə geyim mədəniyyətini analiz etməyi
  • Parça, material və rəng seçimində nəzəri bilikləri tətbiq etməyi
  • Geyim və aksessuar dizaynı üzrə konsepsiyalar hazırlamağı
  • Trendləri təhlil edərək kreativ dizayn ideyalarını formalaşdırmağı
  • Praktiki məşğələlərdə kolleksiya və vizual kompozisiyalar yaratmağı

Karyera imkanları

  • Moda dizayneri və kolleksiya hazırlayan mütəxəssis
  • Tekstil və parça dizaynı üzrə ixtisaslaşmış ekspert
  • Geyim və aksessuar konsepsiyaları üzərində işləyən yaradıcı menecer
  • Moda layihələrinin hazırlanması və vizual təqdimatı üzrə mütəxəssis
  • Moda evləri, butiklər və tekstil şirkətlərində dizayn üzrə əməkdaş

Tədris prosesi

  • Ümumi orta təhsil bazasında qəbul olan tələbələr I kurslar yanvar ayına kimi KSQ imtahanları və yanvar ayında BSQ imtahanı verirlər. Növbəti semestrdə də iyun ayına kimi KSQ, sonra sessiya imtahanı verirlər.
  • II kurslarda yanvar ayına kimi kollokviumlar keçirilir.Yanvar ayında sessiya imtahanı olur. Növbəti semestrdə də eyni qaydada kollokviumlar keçirilir. İyun ayında sessiya imtahanı təşkil olunur.
  • III kursda yanvar ayına qədər kollokviumlar keçirilir və yanvar ayında sessiya imtahanı təşkil olunur. Fevral ayından təcrübəyə gedirlər. 

Keçid balı

  • Ümumi orta təhsil bazası, dövlət sifarişli, əyani (Az.bölm.) - 75,6 bal
  • Ümumi orta təhsil bazası, ödənişli əsaslarla, əyani (Az.bölm.) – 61,9 bal
  • Ümumi orta təhsil bazası, ödənişli əsaslarla, əyani (Rus bölm.) – 88,8 bal
  • Tam orta təhsil bazası, dövlət sifarişli, əyani (Az.bölm.) – 129,3 bal
  • Tam orta təhsil bazası, ödənişli əsaslarla, əyani (Az.bölm.) – 108,4 bal

1000 AZN

Təhsil haqqı

120

Kredit

66-100 AZN

Təqaüd

Kollecin təhsil haqqı, tələbələrə yüksək keyfiyyətli təhsil və müasir tədris resurslarına çıxış imkanı təqdim edir. Bu ödəniş, peşəkar inkişaf və uğurlu karyera üçün əvəzsiz bir investisiyadır.

Ödənişdən azadolma

Təhsil haqqından/Ödənişdən azad olanlar:

  • Məcburi köçkünlər
  • Valideyin himayəsindən məhrum olunmuş tələbələr
  • Qarabağ əlili
  • Sağlamlıq imkanları məhdud tələbələr

Tələbə təhsil krediti

Sosial kredit üçün uyğun tələbələr:

  • Ünvanlı sosial yardım alan ailələrin üzvləri
  • 3-cü dərəcə əlilliyi olan şəxslər
  • Qarabağ əlili
  • Valideynləri əlil, pensiyaçı, işsiz və ya sosial müavinət alan şəxslər

Standart kredit üçün şərtlər:

  • Qəbul balı minimal həddən yüksək olmalı
  • Qəbul balı minimal həddən yüksək olmalı
  • Qarabağ əlili
  • Təhsil haqqının ən azı 20%-i ödənilməlidir

Başqa sualın var?

Əlaqə telefonu: +994(12)5372173

Bu ixtisasa doğru ilk addımı atmaq istəyirsənsə, qəbul ballarına nəzər sal! Seçim imkanı səndədir – indi qərar ver, gələcəyini formalaşdır! Bu fürsəti əldən vermə!

Qəbul prosesində nəzərə alınmalı məlumatlar:

Qəbul mərhələləri

  • Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahan nəticələrinə əsasən tələbə qəbulu aparılır.
  • Namizədlər ixtisas seçimini Dövlət İmtahan Mərkəzinin (DİM) elektron sistemi vasitəsilə həyata keçirirlər.
  • Seçimlər əsasında yerləşdirilən abituriyentlər sənədlərini elektron formada DİM-ə təqdim edirlər və qeydiyyat prosesini tamamlayırlar.

Qəbul şərtləri

Qabiliyyət imtahanı şərtləri:

  • Karandaşla natürmort çəkmək