ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İnklüziv təhsil şöbəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilib.
Tədbir zamanı Zəfər tariximizə bir daha nəzər salınıb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, qazilərimizə dərin minnətdarlıq ifadə edilib.
Tədbirin qonaqları sırasında hərbi qulluqçu Cavid Hacılı və Qarabağ qazisi, “Qarabağın tutusu” ləqəbi ilə tanınan Rüxsarə Cümüyeva da iştirak ediblər.