"Şəhərsalma və Memarlıq İli” çərçivəsində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təbiəti Sevənlər Klubu tərəfindən “Yaşıl tikinti və yaşıl şəhər nəqliyyatı” mövzusunda interaktiv seminar təşkil olunub.
Seminar zamanı tələbələrə yaşıl tikinti prinsipləri, davamlı şəhər mühiti və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri haqqında ətraflı məlumat verilib. Tədbir interaktiv formada keçirilib, tələbələr mövzu üzrə qrup işi yerinə yetiriblər.
Tapşırığa əsasən tələbələr kollecin binasını “yaşıl bina” modeli kimi təsəvvür edərək, akvarel vərəqində ideyalarına uyğun layihələndirməklə yaradıcı yanaşmalarını nümayiş etdiriblər.
Seminarın sonunda bütün komanda üzvlərinə “Yaşıl gələcək” üçün göstərdikləri səylərə görə “Yaşıl Kart” təqdim olunub.