ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin şöbə müdiri İradə Babayeva, müəllimləri Emil Ağayev, Sevinc Babaxanova, Sevil Əliyeva və AZMİU-nun nəzdində İnşaat Kollecinin direktoru Sevda Həsənovun həmmüəllifliyi ilə “XVII əsr Hollandiya incəsənəti” adlı dərs vəsaiti çap olunub.
Vəsaitdə 17-ci yüzillikdə Hollandiya incəsənətinin inkişaf mərhələləri və xüsusi olaraq təhlil edilib. Redaktorlar — dosent Xanım Əsgərova və Nəyimi Nəbiyev, rəyçilər — dosent Cavid İsmayılov, ADPK-nın müəllimləri Aynur Seyfullayeva və Ülviyyə İmanovadır.