ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan dili və ədəbiyyat FBK-nın təşkilatçılığı, Məktəbəqədər təhsil ixtisası tələbələrinin iştirakı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbirdə Xocalı soyqırımı haqqında geniş məlumat verilib, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib. Tədbir boyu səsləndirilən musiqilər, şeirlər, tələbələrin hazırladığı “28 ilin həsrəti” adlı səhnəcik iştirakçılara təsirli anlar yaşadıb.