ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici dillər FBK müəlliminin təşkilatçılığı, Sosial iş ixtisası tələbələrinin iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş “Urban planning and architecture through the eyes of our students” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarın məqsədi tələbələri qlobal şəhərsalma siyasəti, dayanıqlı inkişaf prinsipləri və müasir urbanizasiya problemləri barədə məlumatlandırmaq, eyni zamanda onların ingilis dilində təqdimat və müzakirə bacarıqlarını inkişaf etdirmək olub.
Tədbirdə forumun əsas mövzuları və şəhərlərin davamlı inkişaf perspektivləri müzakirə edilib. Tələbələr təqdimatlarla çıxış edib, interaktiv müzakirələr apararaq mövzu ilə bağlı fikirlərini bölüşüblər. Seminar onların həm dil, həm də analitik düşünmə bacarıqlarının inkişafına töhfə verib.