Yaradıcı gənclərə dəstək məqsədilə təsis olunmuş “Uğurlarımızla 2026-ya” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbir Beynəlxalq Qalereyanın və “Abşeron" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının dəstəyi ilə baş tutub.
Mərasimi giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev gənclərə yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinın təsviri incəsənət müəllimi, Qabaqcıl təhsil işçisi, rəssam Rəsmiyyə Mahmudova və kollecin tələbələri “Uğurlarımızla 2026-ya” Milli Mükafatı ilə təltif olunublar.
Rəsmi təltifetmə mərasimindən sonra Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert keçirilib. Əməkdar artist, virtuoz skripka ifaçısı və müğənni Səlim Abbasov, sevilən sənətçi Mütəllim Mütəllimov öz musiqi çıxışları ilə tədbir iştirakçılarına unudulmaz anlar yaşadıblar.