ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İncəsənət və fiziki tərbiyə FBK müəlliminin təşkilatçılığı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Təsviri sənətdə şəhər mövzusu”na həsr olunmuş elmi-metodiki seminar keçirilib.
Seminarda təsviri sənətdə şəhər mövzusunun bədii-estetik ifadə imkanları, urbanistik motivlərin sənətdə təzahür formaları və bu istiqamətdə müasir yaradıcı yanaşmalar elmi-nəzəri aspektdə təhlil olunub.
Seminar çərçivəsində mövzu ətrafında müzakirələr aparılıb, müxtəlif bədii nümunələr əsasında təqdimatlar təqdim olunub, eyni zamanda tələbələr öz çəkdikləri rəsmləri nümayiş etdiriblər.