ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində İncəsənət və fiziki tərbiyə fənn birləşmə komissiyasının təşəbbüsü ilə tələbələrin intellektual inkişafına dəstək olmaq, məntiqi düşünmə bacarıqlarını artırmaq məqsədilə şahmat stolu quraşdırılıb.
Bu təşəbbüs tələbələrin asudə vaxtlarını daha maraqlı və səmərəli keçirmələrinə, strateji təfəkkür və analitik düşüncə qabiliyyətlərinin inkişafına şərait yaradır.