ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 2025/2026-cı tədris ili çərçivəsində tələbələrin asudə vaxtlarının səmərəli təşkili və onların fəal ictimai həyata cəlb olunması məqsədilə “Tariximizin izi ilə” tələbə klubuna üzv qəbulu elan olunur.
Klubun əsas məqsədi tələbələrə Azərbaycanın tarixi, mədəni irsi və milli qəhrəmanları haqqında biliklər vermək, onlarda vətənpərvərlik ruhunu, milli dəyərlərə hörmət və bağlılıq hisslərini gücləndirməkdir.
Klubun devizi: ,“Keçmişimizi tanıyaq, gələcəyimizi quraq!”
Üzv olmaq istəyən tələbələr Humanitar fənn birləşmə komissiyasına müraciət edə bilərlər.