"Konstitusiya və Suverenlik İli" çərçivəsində Yasamal Rayon Heydər Əliyev Mərkəzi və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Azərbaycan dili və ədəbiyyat FBK müəllimi Yaqut Şərifovanın birgə təşkilatçılığı ilə “Suveren dövlətin ən böyük sərvəti – ana dili” mövzusunda tədbir keçirilib.
Tədbirdən əvvəl kollecin direktoru Amalya Sezgin və tələbələr Heydər Əliyev Mərkəzinin muzeyi ilə tanış olublar. Dövlət Himninin səsləndirilməsindən və şəhidlərin xatirəsinin anılmasından sonra mərkəzin baş elmi işçisi Arifə Mustafayeva ana dilinin milli kimliyimizdəki rolu, onu qorumağın və daha da inkişaf etdirməyin vacibliyi barədə danışıb.
Tələbələr Azərbaycan dilinin tarixi, dilin saflığının qorunması və 100 illiyi qeyd olunan Bəxtiyar Vahabzadə haqqında təqdimatlar ediblər.
Tədbir gənclərdə ana dilinə sevgi və məsuliyyət hissini gücləndirmək baxımından əhəmiyyətli olub.