ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK müəllimlərinin təşkilatçılığı ilə Sosial iş ixtisasının tələbələri İçərişəhər, Şirvanşahlar Sarayı, Mərkəzi Park, Miniatür Kitab Evi və Filarmoniya bağında gəzintidə olublar.
Tələbələr həm şəhərin qədim tarixi irsi, həm də müasir mədəni mühiti ilə tanış olaraq maraqlı vaxt keçiriblər. Bu gəzinti onların Bakının tarixini və müasir simasını daha yaxşı qavraması, dünyagörüşünün genişlənməsi, şəhər mədəniyyətinə marağın artması baxımından əhəmiyyətli olub.