21 dekabr 2025-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi, şəhid Müşfiq Nəsirovun həlak olmasının 4-cü ildönümü tamam olub.
İldönümü ilə əlaqədar ADPK-nın Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini və kollecin bir qrup əməkdaşı Quba rayonunda şəhidin ailəsini ziyarət edib.
Qeyd edək ki, Müşfiq Nəsirov Quba rayonunun Suxtakələ kənd orta məktəbini bitirdikdən sonra ADPK-nın Fiziki tərbiyə müəllimliyi ixtisasına qəbul olunub. O, 2020-ci il oktyabrın 1-də hərbi xidmətə yollanaraq Quru Qoşunlarının N saylı hərbi hissəsində xidmət edib. Müharibədən sonra da xidmətini davam etdirən Müşfiq Nəsirov 2021-ci il dekabrın 21-də Qubadlı rayonu ərazisində xidməti tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!