ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavininin tabeliyində olan mütəxəssislərin iştirakı ilə BMT-nin 17 maddədən ibarət Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü (Yaxşı səhiyyə və rifah) və 11-ci (Dayanıqlı şəhər və icmalar) bəndlərinə uyğun olaraq “Sağlam həyat tərzi: ağıl və bədənin sülhü” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir çərçivəsində kollecin psixoloqu, tibb bacısı, kitabxana əməkdaşı, SMM mütəxəssisi və laborantı öz vəzifə səlahiyyətlərinə uyğun olaraq sağlam həyat tərzi mövzusunda çıxışlar ediblər. Çıxışlarda fiziki və psixoloji sağlamlığın qorunması, düzgün qidalanma, informasiya savadlılığı, sosial rifah və sağlam mühitin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Tədbirin məqsədi fərdi və icma səviyyəsində sağlam həyat tərzinə keçidin vacibliyini diqqətə çatdırmaq, iştirakçılarda sağlam düşüncə və rifah yönümlü davranışların formalaşmasına töhfə vermək olub.