Fevralın 25-də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda biznes-konsultant, biznes-psixoloq, sahibkar Mehman Bayramovun təqdimatında “Uğurun sirri” təlimi keçirildi.
Təlimdə iştirak edən gənclər uğurlu düşüncə tərzi, karyera yüksəlişi, biznesə başlamağın effektiv yolları barədə dəyərli bilik və məlumatlar əldə etdilər.