Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı Nümayəndəliyi, Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatı, Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə "Qardaşlığımız əbədidir" adlı rəsm sərgisi keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi Rəsmiyyə Mahmudova və kollec tələbələrinin əsərləri də nümayiş olunub.
Sonda iştirakçılara diplomlar təqdim edilib və xatirə fotoları çəkilib.