22 dekabr 2025-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 2025/2026-cı tədris ili üzrə Pedaqoji Şuranın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Kollecin direktoru Amalya Sezgin Pedaqoji Şura üzvlərini salamlayaraq, gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Gündəliyin birinci məsələsi – “Payız imtahan sessiyasına hazırlıqla bağlı görülən işlər" haqqında Tədris şöbəsinin müdiri Xanımqız Rüstəmova tərəfindən ətraflı məlumat təqdim edilib.
İkinci məsələ üzrə – “2025/2026-cı tədris ili üzrə dövlət proqramlarının yerinə yetirilməsi ilə bağlı hesabat" Tərbiyə işləri üzrə direktor müavini Nigar Şirəliyeva tərəfindən təqdim olunub.
Daha sonra tərtib edilmiş dərs vəsaitləri, dərslik və proqramların müzakirəsi və təsdiqi ilə bağlı məsələlər Tədris şöbəsinin müdiri Xanımqız Rüstəmova tərəfindən təqdim olunaraq müzakirəyə çıxarılıb.
İclasın sonunda gündəlikdəki cari məsələlər müzakirə olunmuş, fikir mübadiləsi aparılmışdır.