ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya fənn birləşmə komissiyasının təşkilatçılığı ilə FBK-nın fəaliyyət planı çərçivəsində pedaqogika müəllimləri tərəfindən 12–28 noyabr tarixlərində "Pedaqogika" fənninin tədris olunduğu İT, MQT, AET və FTM ixtisaslarının müxtəlif qruplarında “Tərbiyənin tərkib hissələri” mövzusunda iqlim dəyişikliyinə, "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş xüsusi dərslər keçirilmişdir.
Qrupdaxili müzakirə şəklində təşkil olunan dərslərin keçirilməsində məqsəd tələbələrdə Konstitusiyanın mahiyyəti, suverenlik anlayışı, vətəndaş hüquqları haqqında sərbəst tədqiqatçılıq bacarığını təkmilləşdirmək, hüquqlarını bilən sağlam vətəndaş mövqeyi formalaşdırmaq, ekoloji məsuliyyət hissi aşılamaq, eləcə də tənqidi və yaradıcı düşüncəni inkişaf etdirmək olmuşdur.