ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda Novruz bayramına həsr olunmuş “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilib.
Tədbirdə kollecin müəllim heyəti və tələbələri iştirak ediblər. Bayram proqramı çərçivəsində müxtəlif səhnəciklər nümayiş olunub, milli rəqslər və mahnılar təqdim edilib. Tələbələr tərəfindən Novruz adət-ənənələrini əks etdirən maraqlı çıxışlar hazırlanıb.
Daha sonra iştirakçılar kollecin həyətində kəndirbazın oyununu izləyiblər. Quba Mədəniyyət Mərkəzinin kəndirbazlıq üzrə mütəxəssisi, kollecin 2012-ci il məzunu, Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə təhsil almış Amil Məmmədhüseynovun çıxışı tədbirə xüsusi rəng qatıb.
Sonda iştirakçılar tonqal ətrafında toplaşaraq bayram sevincini birlikdə yaşayıblar. Tədbir musiqi nömrəsi ilə yekunlaşıb.