ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Davamlı İnkişaf Mərkəzində Məktəbəqədər təhsil şöbəsinin tələbəsi Zibər Zalova öz nailiyyətlərini və yaradıcılıq fəaliyyətini təqdim edib.
Tələbənin pedaqoji uğurları iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbirdə çıxış edən ekspertlər onun təqdimatına yüksək qiymət veriblər.