ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda tələbələr arasında kross qaçışı keçirilib. Yarışda İncəsənət və fiziki tərbiyə şöbəsinin qrupları iştirak ediblər. Start fitini idman rəhbəri Şahəddin Nərimanov verib.
Tələbələr Şamlıq meşə parkı istiqamətindən enişli-yoxuşlu marşrut üzrə qaçaraq finişə — ADPK-nın həyətinə çatıblar. Ümumi məsafə 1500 metr olub. Finişdə idman müəllimi Rüfət Nəsibov qaçış iştirakçılarını qarşılayıb.
Yarışın nəticələri:
1-ci yer – Kənan Sadiqov (FTM24/01) – 6 dəq. 25 san
2-ci yer – Valif Əzizov (FTM24/02) – 6 dəq. 51 san
3-cü yer – Ramiz Nəhmədov (FTM23/01) – 7 dəq. 16 san
4-cü yer – Ramal Quluzadə (FTM25/03) – 7 dəq. 36 san
Təbrik edir və yarışın bütün iştirakçılarına uğurlar arzulayırıq!