ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal tədris binasının kitabxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində kitab sərgisi təşkil edilib.
Tələbələr sərgi üçün hazırlanan guşə ilə tanış olublar. Baş kitabxanaçı Səhla Hüseynova tədbirin məqsədi barədə məlumat verərək bildirib ki, bu il Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyi tamam olur. Həmçinin 2020-ci ildə Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü bərpa edilib və bu il həm də həmin Zəfərin 5 illiyidir.
Ş. Hüseynova qeyd edib ki, bu əlamətdar tarixlərin mahiyyətini və əhəmiyyətini bilmək hər bir Azərbaycan gənci üçün vacibdir.