ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin psixoloqu Humanitar FBK müəllimi ilə birlikdə “Konstitusiya və Suverenlik ili”nə həsr olunan görüş keçirib.
Tarix müəllimi Konstitusiyanın yaranma tarixi və mahiyyəti haqqında məlumat verib.
Daha sonra tələbələr psixoloqla birlikdə Əsas Qanunun yaranmasında hansı sosial, psixoloji və fizioloji normaların əsas götürüldüyü barədə müzakirə aparıblar.
Tələbələr “Mən bir Konstitusiya yazsaydım, hansı üç dəyəri əsas götürərdim?” sualına cavab tapmağa çalışıblar.
Gənclərin sosial rifah mövzusundakı çıxışları xüsusi maraqla qarşılanıb.