ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Qələmnaz Quliyeva tərəfindən “İş axtarışı, CV və istək məktubunun hazırlanması” mövzusunda təlim keçirilib.
Təlim Ailə və ev təhsili, Sosial iş, İncəsənət və fiziki tərbiyə şöbələrinin III kurs tələbələri üçün təşkil olunub. Q.Quliyeva tələbələrə iş axtarışı prosesində istifadə olunan müasir üsullar, CV-nin düzgün hazırlanma qaydaları və işə qəbul zamanı mühüm rol oynayan istək məktubunun yazılması ilə bağlı ətraflı məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb, onlara gələcək karyera planlamasında faydalı ola biləcək tövsiyələr təqdim olunub.