ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisasının məzunu İqbal Rzayev əlbəyaxa döyüş üzrə 97+ kq çəki dərəcəsində mübarizə apararaq Dünya Kubokunun sahibi olub.
Yarış Azərbaycan Texniki Universitetinin (AzTU) idman sarayında keçirilib. 5 dəqiqəlik raundun 4-cü dəqiqəsində idmançımız rəqibini məğlub edərək möhtəşəm qələbə qazanıb.
Məzunumuzun nailiyyətləri:
- 2023 – Azərbaycan kəmərinin sahibi
- 2024 – 2-ci dəfə Azərbaycan çempionu
- 2025 – Dünya Kubokunun sahibi
Məzunumuzu bu böyük uğuru münasibətilə təbrik edir, gələcək yarışlarda yeni qələbələr və parlaq zirvələr arzulayırıq!