ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya FBK müəlliminin təşkilatçılığı və Məktəbəqədər təhsil ixtisası tələbələrinin iştirakı ilə iqlim dəyişikliyinin qarşısının alınmasına yönəlmiş növbəti təşəbbüs həyata keçirilib.
Tədbir çərçivəsində yaşıllığın artırılması və havanın oksigenlə zənginləşdirilməsi məqsədilə kollecin Yasamal korpusunda abadlıq və yaşıllaşdırma işləri aparılıb, tələbələr “yaşıl gələcək” naminə təşəbbüs göstərərək kollecin ərazisinə yeni nəfəs və yeni rəng qatıblar.