ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Humanizm” sosial iş klubunun fəaliyyəti uğurla davam edir.
Klubda Sosial iş ixtisası tələbələrinin təşkilatçılığı ilə müxtəlif vaxtlarda “Maslovun ehtiyaclar piramidası” və “Müasir cəmiyyətdə ailə anlayışının rolu” mövzularında maarifləndirici müzakirələr təşkil olunmuş, iştirakçılar arasında fəal fikir mübadiləsi aparılmışdır. Hər iki tədbirdə mövzuların daha yaxşı mənimsənilməsi məqsədilə müxtəlif interaktiv oyun və üsullardan istifadə edilmişdir.
Klubun bu tipli tədbirləri tələbələrin düşünmə, ünsiyyət və təhlil bacarıqlarının inkişafına müəyyən töhfə verir.