ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunun akt zalında İnklüziv təhsil ixtisası tələbələrinin təşkilatçılığı ilə “Göyçək Fatma” nağılı əsasında hazırlanmış tamaşa nümayiş olunub.
Tələbələr tamaşaçılar qarşısında milli-mənəvi dəyərləri əks etdirən səhnəciklərlə çıxış edərək yaradıcılıq və aktyorluq bacarıqlarını nümayiş etdiriblər. Tamaşa iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və müsbət rəy qazanıb.
Tədbirin qonaqları arasında "Humayun" qeyri-hökumət təşkilatlarının nümayəndələri də olub.