ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə fəaliyyət göstərən “English Skills Development Club”-un növbəti görüşü interaktiv formatda keçirilib.
Görüş zamanı ədəbiyyatdan seçilmiş mətnlər oxunub, “My Favorite Story” mövzusunda müzakirələr aparılıb, tələbələr ingiliscə danışıq bacarıqlarını inkişaf etdiriblər. Qrammatik hissədə "Future Simple" zamanı izah olunub, “My Future Plans” mövzusunda esse yazmaqla biliklər praktik şəkildə tətbiq edilib.
İnteraktiv mühitdə keçən görüş tələbələrin oxu, danışıq və yazı bacarıqlarının inkişafına töhfə verib. Klubun növbəti görüşlərində iştirak etmək istəyən tələbələri bizə qoşulmağa dəvət edirik.