ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Hədəf Şirkətlər Qrupu ilə əməkdaşlıq çərçivəsində həmin qurumun tabeliyində fəaliyyət göstərən “EduHek” şirkətinin direktoru ilə işgüzar görüş keçirilmişdir.
Görüş zamanı kollecin Məktəbəqədər təhsil, Fiziki tərbiyə və İnklüziv təhsil ixtisasları üzrə təhsil alan tələbələrinin Hədəf liseylərində istehsalat təcrübəsi keçmələri ilə bağlı məsələlər müzakirə olunmuşdur. Tərəflər bu əməkdaşlığın tələbələrin praktiki hazırlığının gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulamışlar.