ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə “Conversation Club” çərçivəsində tələbələrin danışıq və analitik düşünmə bacarıqlarını inkişaf etdirməyə yönəlmiş növbəti görüş keçirilmişdir.
Tədbirin budəfəki mövzusu “Studying Abroad: Advantages and Disadvantages” olmuşdur.
Görüş zamanı tələbələr xaricdə təhsilin üstün və mənfi cəhətləri barədə ingilis dilində fikir mübadiləsi aparmış, öz arqumentlərini təqdim etmişlər. Qrup müzakirələri və dialoqlar vasitəsilə onların müqayisə aparma, səbəb-nəticə əlaqələrini izah etmə və fikirlərini aydın ifadə etmə bacarıqları daha da təkmilləşdirilmişdir. Vizual materiallardan istifadə müzakirələrin daha praktik və maraqlı keçməsinə şərait yaratmışdır.
Müzakirələrdə beynəlxalq təcrübə, dil bacarıqlarının inkişafı və mədəni müxtəliflik xaricdə təhsilin üstün cəhətləri kimi vurğulanmış, uyğunlaşma çətinlikləri, maddi xərclər və ailədən uzaq qalmaq isə mənfi tərəflər kimi qeyd edilmişdir.
Klub çərçivəsində xaricdə təhsil alan tələbə ilə canlı onlayn görüş təşkil olunmuşdur. O, şəxsi təcrübəsini bölüşərək mövzunun real aspektlərini iştirakçılara çatdırmışdır.
İngilis dilində sərbəst danışıq bacarığınızı inkişaf etdirmək və maraqlı mövzular ətrafında müzakirələrdə iştirak etmək üçün “Conversation Club” görüşlərini qaçırmayın!