ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici dillər FBK-nın təşkilatçılığı ilə “Conversation Club” fəaliyyətini davam etdirir.
Bu dəfə klubun mövzusu “Why We Should Learn English” olub. Tələbələr ingilis dilinin təhsil, karyera və gündəlik həyatdakı əhəmiyyəti barədə fikir və təcrübələrini bölüşüblər. Tədbirin məqsədi onların ingilis dilində danışıq, ünsiyyət və ictimai çıxış bacarıqlarını inkişaf etdirmək idi.
İngilis dilində danışmaq bacarığını artırmaq və maraqlı müzakirələrə qoşulmaq istəyirsənsə, növbəti “Conversation Club” görüşünü qaçırma!