ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici dillər FBK-nın təşkilatçılığı ilə fəaliyyət göstərən “Conversation Club” çərçivəsində “Introducing Yourself in a Professional Setting” mövzusunda növbəti görüş keçirilib.
Tədbirin məqsədi iştirakçıların peşəkar mühitdə özlərini düzgün və inamlı şəkildə təqdim etmə bacarıqlarını inkişaf etdirmək olub. Görüş zamanı effektiv təqdimat üsulları, peşəkar ünsiyyət qaydaları və ilk təəssüratın əhəmiyyəti haqqında məlumat verilib.
Sessiya interaktiv müzakirələr və praktiki tapşırıqlar əsasında təşkil olunub. Tələbələr müxtəlif situasiyalar üzərində işləyərək özünüifadə və kommunikasiya bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
“Conversation Club”un növbəti görüşlərində də tələbələrin dil və ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş mövzuların müzakirəsi davam etdiriləcək.