ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda 2 aprel 2026-cı il tarixində Beynəlxalq Autizm Günü münasibətilə müxtəlif qruplarla kollecin psixoloqu Ayten Orucova tərəfindən maarifləndirici görüşlər təşkil olunub.
Autizm xəstəlik deyil, fərqli neyroinkişaf xüsusiyyətidir. Bu günün əsas məqsədi autizm spektrində olan fərdlərin daha düzgün anlaşılması, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi və inklüziv düşüncə tərzinin formalaşdırılmasıdır.
Unutmayaq ki, fərqliliklərin qəbul edilməsi sağlam və inklüziv cəmiyyətin əsas göstəricilərindən biridir.