15 dekabr 2025-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda "AMEA-nın 80 illik yubiley tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbiri Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin sədri f.ü.f.d. Vəfa Yunusova açmışdır. Kollecin direktoru Amalya Sezgin çıxış edərək mövzunun aktuallığını vurğulamış və kollektiv qarşısında qoyulan vəzifələrdən danışmışdır.
Kollecin Azərbaycan dili və ədəbiyyat FBK müəllimi Sədaqət Əsgərovanın çıxışından sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri f.ü.f.d., dosent Xədicə Heydərova "Azərbaycan dilinin saflığının qorunması, milli-mənəvi kimliyin əsası", Tarix və Etnologiya İnstitutunun şöbə müdiri prof. Cəbi Bəhramov "Azərbaycan tarixinin tədqiqi və təbliğində yeni mərhələ: Qərbi Azərbaycana qayıdış" mövzularında məruzə etmişlər.
Kollecin müəllimləri mövzu ətrafında fikirlərini bildirmiş, tələbələrin ifasında Tofiq Bayramın “Ana dili” şeirinin səsləndirilməsi isə tədbirə xüsusi rəng qatmışdır.