ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kolleci arasında 21 oktyabr 2025-ci il tarixində təhsil və fənn proqramları, tədrisin təşkili və həyata keçirilməsi sahəsində əməkdaşlıq münasibətlərinin yaradılması, inkişaf etdirilməsi və möhkəmləndirilməsinə dair Memorandum imzalanıb.
Memorandumun məqsədi iki təhsil müəssisəsi arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, tədris və elmi fəaliyyətin səmərəliliyinin artırılması, həmçinin akademik əməkdaşlığın gücləndirilməsidir. Memorandum çərçivəsində birgə layihələrin, elmi konfransların, seminarlar və təlimlərin təşkili, təhsil proqramlarının inkişafı və tərəflər arasında elmi-praktiki əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Bu əməkdaşlıq gələcəkdə orta ixtisas təhsili müəssisələri arasında təcrübə mübadiləsinin və innovativ təşəbbüslərin həyata keçirilməsinə əhəmiyyətli töhfə verəcəkdir.