ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda təlim xarakterli təxliyyə planı həyata keçirilib.
Təlimin məqsədi kollecin xəbərdarlıq sisteminin vəziyyətini yoxlamaq, işçilərin və tələbələrin təxliyyə və toplanma prosesinin reallığını qiymətləndirmək, fövqəladə hallar zamanı davranış qaydalarını bir daha xatırlatmaq olub.