ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İncəsənət və fiziki tərbiyə FBK müəllimləri Emil Ağayev, Arzu Sadiyeva, Aynur Seyfullayeva, Sevil Əliyeva və Ülviyyə İmanovanın həmmüəllifi olduğu “XV–XVIII əsrlərdə İtaliya çap qrafikası sənəti tarixi” adlı dərs vəsaiti nəşr olunub.
Vəsaitin elmi redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günel Seyidəhmədli və Əməkdar idman ustası Elsevər Abbaslı, rəyçiləri isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadıqov və ADPK-nın müəllimləri Sevinc Babaxanova və İlahə Cəfərlidir.