Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin bir qrup əməkdaşı Qəbələ rayonunun Tüntül kəndinə gedərək kollecin məzunu, Vətən müharibəsi şəhidi Tapdıq Ağayevin ailəsini ziyarət edib.
Səfər zamanı kollecin nümayəndələri şəhidin xatirəsinə yaradılmış ev-muzeyinə baxış keçirib, Tapdığın tələbələr tərəfindən çəkilmiş portretlərini ailəsinə təqdim ediblər. Daha sonra şəhidin uyuduğu məzarlığı ziyarət edən əməkdaşlar T. Ağayevin təhsil aldığı Müşfiq Murtuzov adına məktəbdə də olub və kollektivlə görüşüblər.
Qeyd edək ki, Tapdıq Ağayev 2020-ci il oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 30-da doğma kəndində torpağa tapşırılıb.
Allah şəhidimizə rəhmət eləsin!