Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən təşkil olunan düşərgədə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin bir qrup əməkdaşı da iştirak edib.
Düşərgə müddətində müxtəlif maarifləndirici fəaliyyətlər, maraqlı tədbirlər və əyləncəli oyunlar təşkil olunub. İştirakçılar həm yeni dostluqlar qurmaq, həm də səmimi və pozitiv mühitdə vaxtlarını səmərəli keçirmək imkanı əldə ediblər.
Düşərgə komanda ruhunun güclənməsinə, əməkdaşlıq və paylaşma dəyərlərinin daha da möhkəmlənməsinə töhfə verib. Eyni zamanda, iştirakçılar üçün unudulmaz xatirələr və yeni təcrübələr qazandırıb, ümumi fəaliyyətə əlavə dinamika qatıb.
Təhsil işçiləri belə təşəbbüslərin davamlı olmasını arzulayır və təşkilatçılara təşəkkürlərini bildirirlər.