ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Humanitar fənn birləşməsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “20 Yanvar – Şanlı Yanvar” adlı dəyirmi masa keçirilib.
Tədbirdə 1990-cı il 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyətindən və milli şüurun formalaşdırılmasından rolundan bəhs edilmiş, bu qanlı qırğının xalqımızın azadlıq əzmini daha da gücləndirdiyi vurğulanmışdır.
Dəyirmi masada göstərilən mövzular üzrə məruzələri dinlənilmiş, şəhidlərin qəhrəmanlığı və tarixi yaddaşın qorunmasının vacibliyi xüsusi qeyd edilmişdir.