Mayın 4-də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin HFB-nin müəllimləri Sadıqova Gülnarə və Əmirova Elnarənin təşkilatçılığı ilə İT24/01SB, İT24/02SB, İT24/03SBr və İT25/05SBr qrupları üçün Azərbaycan Milli Tarix Muzeyinə ekskursiya təşkil edilmişdir.
Ekskursiyanın əsas məqsədi tələbələrin tarixi biliklərini artırmaq, onları Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış etmək və nəzəri biliklərini praktik olaraq möhkəmləndirmək olmuşdur.
Eyni zamanda, tələbələrdə milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılması və estetik dünyagörüşünün inkişafı da diqqətdə saxlanılmışdır.
Qeyd edək ki, muzey məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evində yerləşir.
O, Azərbaycanın tanınmış neft sənayeçisi və xeyriyyəçisi olmuş, təhsilin inkişafına böyük töhfələr vermişdir.
Bu ekskursiya tələbələrin həm biliklərinin artırılması, həm də milli kimlik şüurunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.