ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin psixoloqu tələbələrlə reproduktiv sağlamlıq mövzusunda interaktiv görüş keçirib.
Tədbirdə reproduktiv sağlamlıqla bağlı müxtəlif fikirlər səsləndirilib, tələbələr isə onların fakt və ya mif olduğunu aydınlaşdırmağa çalışıblar.
Görüşün məqsədi gənclərdə orqanizmin bütün hissələrinin bir-biri ilə bağlı olduğunu və bu səbəbdən sağlam həyat tərzinin vacibliyini daha aydın təsəvvür etmək olub.